Dəstək
Tez-tez verilən suallar, köməkçi və operatorla söhbət.
Tez-tez verilən suallar
Təkliflər niyə anonimdir?
Seçimdən əvvəl reklamçının adı, loqosu, telefonu, sosial linkləri və ünvanı göstərilmir — təklifləri qiymət, müddət və şərtlərlə, həm də partnyorun reytinqi, rəy sayı, görülmüş işləri, platformada müddəti və iş şəkilləri ilə müqayisə edirsiniz. Seçdiyiniz təklifdə əlaqə açılır. Konkret reklamçını özünüz seçmisinizsə, profilində “Bu reklamçıdan sifariş et” ilə birbaşa yaza bilərsiniz.
Əlaqə məlumatları nə vaxt açılır?
Yalnız konkret təklifi seçib “Əlaqəni aç” etdikdə və yalnız həmin iki tərəf üçün. Bundan sonra 24 saat “Danışıqlar gedir” statusu olur; razılaşsanız sorğu “Razılaşdırılıb” olur.
Necə sorğu yaradım?
“Qiymət al” düyməsini basın: nə lazım olduğunu, şəhəri və müddəti seçin, qısa təsvir və istəsəniz 5 şəkil əlavə edin. Uyğun reklamçılar sizə anonim təklif göndərəcək.
Qiymət al →Sorğuma təklif gəlmir, nə edim?
Təkliflər adətən ilk saatlarda gəlir. Təsviri dəqiqləşdirin (ölçü, say, material), şəkil əlavə edin və şəhəri yoxlayın. 72 saat ərzində təklif gəlməsə, bizə yazın — sorğunuzu yoxlayaq.
“Danışıqlar gedir” nə deməkdir?
Təklifi seçib əlaqəni açdıqdan sonra 24 saat danışıq müddətidir. Razılaşsanız “Razılaşdıq” basın; heç nə etməsəniz 24 saatdan sonra avtomatik “Razılaşdırılıb” olur. Razılaşmasanız “Sorğunu yenilə” ilə digər reklamçılara yenidən açın.
Razılaşmadıq — sorğunu necə yeniləyim?
Sorğunun səhifəsində “Sorğunu yenilə” düyməsini basın və səbəbi seçin. Sorğu yenidən açılır və digər uyğun reklamçılara bildiriş gedir. 24 saatda 3 dəfədən çox yeniləsəniz, 6 saatlıq fasilə olur.
Rəy necə yazılır?
Rəyi yalnız iş tamamlandıqdan sonra həmin sorğunun sahibi yaza bilər. Şübhəli rəylər admin yoxlamasından keçir; reytinq 3 rəydən sonra göstərilir.
“Yoxlanılmış” nişanı nə deməkdir?
Partnyorun təqdim etdiyi məlumatlar (şirkət üçün VÖEN, fiziki şəxs üçün şəxsiyyət vəsiqəsi) platforma tərəfindən yoxlanılıb. Nişan yalnız admin təsdiqi ilə verilir. Nişanı olmayan profil etibarsız demək deyil.
Partnyor kimi necə qoşulum?
Qeydiyyatda “Partnyor” seçin və hüquqi formanızı göstərin (şirkət, fərdi sahibkar və ya fiziki şəxs). Sonra hansı sahə və şəhərlər üzrə sorğu almaq istədiyinizi seçin.
Partnyor kimi qoşul →Niyə mənə sorğu gəlmir?
Sorğular “Bildiriş ayarları”nda seçdiyiniz sahə, iş və şəhərlərə görə gəlir. Ayarları yoxlayın: 3 sahə pulsuzdur, sahə daxilində işlər və şəhərlər limitsizdir. Təcili sorğular yalnız “təcili qəbul edirəm” açıq olanda gəlir.
Bildiriş ayarları →Təklif göndərmək üçün nə lazımdır?
Profildə telefon nömrəsi, şirkət və fərdi sahibkar üçün həm də faktiki ünvan (ofis, sex, mağaza) olmalıdır. Bunlar müştəriyə yalnız sizi seçdikdən sonra göstərilir.
Profil →Partnyorlar üçün qiymət nə qədərdir?
Standard plan 99 AZN/ay. Launch təklifi: ilk 90 gün 49 AZN/ay. Əlavə imkanlar (məs. +1 xidmət sahəsi) ayrıca alınır.
Ödənişli əlavələr təkliflərin sırasına təsir edir?
Xeyr. Heç bir ödənişli əlavə anonim təkliflərin sırasını və ya axtarış nəticələrini dəyişmir.
Partnyor banneri nədir?
Ana səhifədəki “Partnyorlarımız” sahəsində rotasiya edən banner (gündə 1.99 AZN, ən az 10 gün). Başqa formatlar — kateqoriya banneri, yuxarı zolaq, push — “Reklam mərkəzi”ndədir. Ödənişdən sonra admin yoxlayır; rədd edilərsə pul geri qaytarılır. Axtarış sırasına təsir etmir.
Banner →Platforma iş ödənişini öz üzərindən keçirir?
Xeyr: iş üzrə ödəniş müştəri ilə partnyor arasında razılaşdırılır. Platforma yalnız öz xidmətləri (abunəlik, əlavələr, banner) üçün ödəniş alır.
Ai dizayn necə ödənilir?
Kredit sistemi yoxdur. Telefonu təsdiqlənmiş hər istifadəçiyə bir dəfə 3 pulsuz generasiya verilir (önizləmə su nişanlıdır); bəyəndiyiniz dizaynın finalı 5.99 AZN, redaktə edilə bilən versiya 9.99 AZN, tam mockup paketi +4.99 AZN. Ai Dizayn tezliklə istifadəyə veriləcək.
Telefon nömrəmi necə təsdiqləyim?
Profil → Hesab bölməsində “SMS kodu göndər” basın və gələn 6 rəqəmli kodu yazın. Nömrəni dəyişsəniz, təsdiq yenidən lazım olur.
Ödənişim keçmədi və ya pulu geri istəyirəm
Ödəniş məsələlərinə operator baxır — sualınızı ötürürəm. Ödənişin tarixini və məbləğini yazsanız, daha tez kömək edərik.
Şikayət etmək istəyirəm
Şikayətinizi operatora ötürürəm. Kim və hansı sorğu/təklif barədə olduğunu qısa yazın. Profil, təklif və mesajların yanındakı “Şikayət et” düyməsindən də istifadə edə bilərsiniz.