Əsas məzmuna keç

Məxfilik siyasəti

Şəxsi məlumatların necə toplandığı, istifadə olunduğu və qorunduğu.

Layihə versiyası (2026-09-draft-1). Bu mətn məhsul qaydalarını əks etdirir, hüquqi rəy deyil və platforma istifadəyə verilməzdən əvvəl hüquqşünas tərəfindən yoxlanılacaq.

1. Toplanan məlumatlar

Qeydiyyat zamanı: ad, e-poçt, telefon nömrəsi (məcburidir, SMS kodu ilə təsdiqlənə bilər) və hesab növü; partnyor üçün həmçinin hüquqi forma (şirkət, fərdi sahibkar və ya fiziki şəxs) və şirkət adı. Şirkət və fərdi sahibkar təklif göndərmək üçün faktiki ünvanı da qeyd edir. Şifrələr yalnız geri çevrilməz hash şəklində saxlanılır.

Təhlükəsizlik məqsədilə: giriş vaxtı, IP ünvanı və brauzer məlumatı (audit, saxta rəylərin və sui-istifadənin qarşısının alınması üçün).

2. Məlumatların istifadəsi

Məlumatlar hesabın idarə olunması, sorğu və təkliflərin çatdırılması, təhlükəsizlik və qanuni öhdəliklərin yerinə yetirilməsi üçün istifadə olunur.

Qaydaların qəbulu (versiya, tarix, IP) ayrıca jurnalda saxlanılır.

3. Anonimlik və məlumatların açılması

Reklamçının əlaqə məlumatları ayrıca, qorunan cədvəldə saxlanılır və ictimai səhifələrdə göstərilmir.

Əlaqə məlumatları yalnız müştəri konkret təklifi seçib “Əlaqəni aç” etdikdə həmin iki tərəf arasında açılır.

Telefon nömrəniz, adınız və ünvanınız təklif mərhələsində heç kimə göstərilmir. Sorğuya əlavə etdiyiniz şəkillər reklamçılara yalnız su nişanlı önizləmə kimi göstərilir; orijinalı əlaqə açıldıqdan sonra özünüz göndərirsiniz.

4. Yazışmalar

Platformadakı yazışmalar (təklif söhbətləri, birbaşa sifariş və mağaza mesajları) mübahisələrin həlli, şikayətlərə baxılması və təhlükəsizlik üçün saxlanılır.

Şikayət, mübahisə və ya qayda pozuntusu şübhəsi olduqda platformanın səlahiyyətli əməkdaşı yazışmaya baxa bilər. Hər baxış kim tərəfindən və nə vaxt edildiyi ilə qeydə alınır.

5. Fayllar

Yoxlanılma sənədləri və sorğu faylları gizli (private) saxlanılır və yalnız müddətli, imzalı linklə əlçatandır.

6. Kukilər

Sayt yalnız zəruri kukilərdən istifadə edir: giriş sessiyası (hesabınızda qalmaq üçün) və təhlükəsizlik (saxta sorğulardan qorunma). Reklam, izləmə və üçüncü tərəf analitika kukiləri istifadə olunmur.

Bəzi rahatlıq seçimləri (bildiriş səsi, sorğu qaralaması, kuki xəbərdarlığının bağlanması) yalnız sizin brauzerinizdə saxlanılır və serverə göndərilmir.

7. Hüquqlarınız

Məlumatlarınıza baxmaq, düzəliş etmək və hesabın bağlanmasını tələb etmək hüququnuz var. Müraciətlər dəstək kanalları vasitəsilə qəbul olunur.

Kəşf et